Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəbbüsü ilə Naxçıvan şəhərində keçirilən "Naxçıvan: ilk yaşayış yeri və şəhərsalma yeri kimi" mövzusunda beynəlxalq simpoziumun materialları kitab şəkilində "Əcəmi" nəşriyyatında nəfis tərtibatda çap olunub.
Kitabda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun beynəlxalq simpoziumla bağlı 7 iyun 2011-ci ildə imzaladığı Sərəncamı, açılış mərasimindəki çıxışı, Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Rusiyanın nüfuzlu elmi müəssisələrini təmsil edən alim və mütəxəssislərin Naxçıvanla bağlı elmi məqalələri dərc edilib.
"Mündəricat", "Naxçıvan diyarı bəşər sivilizasiyasının ilk beşiklərindən biri kimi", "Naxçıvan: ilkin şəhər mədəniyyətinin yarandığı yer", "Naxçıvanın arxeoloji abidələri", "Naxçıvan mədəniyyəti və əlaqələri" bölmələrindən ibarət kitabda AMEA Tarix İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marronun, Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin əməkdaşları, Lauren Ristvetin, Hilary Gopnikin, Türkiyənin İstanbul Universitetinin professoru, tarix elmləri doktoru Oktay Bəllinin və başqalarının elmi məqalələri də öz əksini tapıb.
Elmi məqalələrdə qədim tarixi olan Naxçıvanın zəngin tarixi abidələri, eləcə də, muxtar respublika rəhbərliyinin danılmaz xidmətləri xüsusi işıqlandırılıb.
ZÜMRÜD
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...