İyul ayının 25-də Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasim keçirilib. İlk olaraq Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellasının konserti təqdim olunub.
Avqustun 5-dək davam edəcək musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivala Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Kral Filarmonik Orkestri (Royal Philharmonic Orchestra), Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqaları dəvət olunub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...