PDF Oxu

Mədəniyyət

  • 1 536

Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək

Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək

Dünyaşöhrətli caz ifaçısı Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək.Ə.Mustafazadə "Opera Jazz Tour" adlı yeni konsert proqramının repertuarına Verdi, Puççini, Boyto, Gendel, Rimski-Korsakov, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri daxil edib.

Artıq iyulun 6-da Kiprdəki Salamis Teatrında konsert proqramı ilə çıxış edən Ə.Mustafazadə, sentyabrın 16-da Rumıniyada keçiriləcək "PLAI Festival" da, sentyabrın 28-də və noyabrın 23-də Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress-center mərkəzlərində çıxış edəcək.

1990-cı ildən Almaniyada yaşayan məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadəni alman musiqi tənqidçiləri "Royal arxasında Şəhrizad" adlandırırlar.


ZÜMRÜD

Digər xəbərlər