Mübarək Ramazan ayı ilə əlaqədar Türkiyə, Gürcüstan və Azərbaycan teatrları arasında yeni layihə hazırlanıb. Layihədə Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edəcəkdir.
Teatr avqustun 14-dən 18-dək Türkiyədə reallaşdırılacaq layihədə 20 nəfərdən ibarət aktyor heyəti iştirak edəcəkdir. Nümayiş olunacaq tamaşalar Ramazan ayının xüsusiyyətlərini özündə əks etdirən səhnəciklərdən ibarət olacaq. Bu il ilk dəfə sınaq layihə həyata keçirilir. Gələn il onun miqyasını genişləndirmək nəzərdə tutulur.
Gələcəkdə layihədə Özbəkistan, Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdən 200-dən çox sənətçinin iştirakı planlaşdırılır.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...