"Komsomolskaya pravda-Murmansk" qəzetinin rəsmi saytında "Murmanskda Müslüm Maqomayevin yubileyi qeyd olunacaqdır" adlı məqalə dərc edilib. Məqalədə yazılır ki, Azərbaycanın dahi müğənnisi Müslüm Maqomayevin yetmiş yaşı tamam oldu... İstedadlı müğənninin pərəstişkarları Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şöbəsi tərəfindən təşkil edilmiş sərgiyə və konsertə dəvət olunurlar.
Zapolyarye bölgəsinin paytaxtı ilə müğənnini, hər şeydən əvvəl, onun anası - uzun illər şimalda yaşamış və 2003-cü ilədək teatrlardan birinin aktrisası olmuş Ayşət Maqomayeva birləşdirir. Müğənninin qohumları Rusiyanın bu şəhərində indiyədək yaşayırlar. Tədbirlərə fəxri qonaq kimi müxtəlif milli diasporların nümayəndələri, müğənninin istedadının pərəstişkarları və jurnalistlər dəvət olunmuşlar. Region hökumətinin rəsmi saytında gözəl bariton, SSRİ xalq artisti haqqında məqalə yerləşdirilib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...