Son dövrlərdə Azərbaycanda turizm yüksək templə inkişaf etməkdir. Bu, özünü həm ölkəmizdə geniş turizm infrastrukturunun formalaşmasında, həm də sahənin inkişafını göstərən göstəricilərlə xarakterizə olunur.Belə ki, Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata isinadən, sözügedən nazirlik tərəfindən 2012-ci ilin birinci yarımilliyi ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ilə bağlı müqayisəli təhlillər aparılıb.
Təhlil göstərir ki, 2011-ci ilin müvafiq dövrü (1.016.559 nəfər) ilə müqayisədə 2012-ci ilin yarımili ərzində (1.088.823 nəfər) Azərbaycana gələn əcnəbi vətəndaşların sayında 72.264 nəfər və ya 7,1% artım müşahidə olunub.
2011-ci ilin müvafiq dövrünə nisbətən 2012-ci ilin yarımilliyi ərzində ən çox artım Gürcüstandan (55.462 nəfər və ya 21,9%), Rusiyadan (33.671 nəfər və ya 9,8%), Türkiyədən (17.864 nəfər və ya 15,6%), Almaniyadan (3.570 nəfər və ya 67,7%), Özbəkistandan (2.690 nəfər və ya 41,1%), Britaniyadan (2.196 nəfər və ya 18,9%) və Ukraynadan (1.858 nəfər və ya 10,8%) müşahidə olunub.
Region dövlətlər üzrə nəticələr aşağıdakı kimidir:
MDB ölkələri və Gürcüstan üzrə ümumi artım 89.972 nəfər və ya 13,9%, Avropa ölkələri üzrə ümumi artım 30.808 nəfər və ya 20,6%, Asiya ölkələri üzrə artım 986 nəfər və ya 11,0%, Afrika ölkələri üzrə artım 229 nəfər və ya 25,3%, Amerika və Avstraliya üzrə artım 1.102 nəfər və ya 14,0% təşkil edib.
Avropa ölkələrindən gələn əcnəbi vətəndaşların sayında artım müşahidə olunmuş, hər birində azalma qeydə alınıb. Bu hal Azərbaycanın Avropa məkanına yaxın olması və "Eurovision-2012" kimi mühüm tədbirlərin Azərbaycanda keçirilməsi digər Avropa ölkələrindən ölkəmizə turizm axımını intensivləşdirir.
Eyni zamanda, İran körfəzi və Yaxın Şərq ölkələri üzrə 51.112 nəfər və ya 34,0% azalma müşahidə olunub.
Bunun əsas səbəbi Yaxın Şərqdə müşahidə olunan qeyri-sabit vəziyyətdir. Eyni zamanda, 2011-ci ilin müvafiq dövrü (1.685.564 nəfər) ilə müqayisədə 2012-ci ilin yarım ili ərzində (1.776.439 nəfər) xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında 90.875 nəfər və ya 5,4% artım müşahidə olunub.
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının artması ölkədə iqtisadi inkişafın davamlı olduğunu, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi və ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını göstərir.
Bu göstəricilər, ümumilikdə, Azərbaycanın turizm sektorunun inkişafı, möhkəmlənməsi və dövlətin turizm sektoruna diqqət və dəstəyini göstərir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...