\r\n
\r\n
\r\n 2012-ci ilin iyununda görkəmli aktyor, Azərbaycanın xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 80 ili tamam olub. Bu münasibətlə sentyabrda Dövlət Film Fondunun təşəbbüsü ilə tədbir keçiriləcək. Fondun mətbuat xidmətindən verilən məlumata istinadən, tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək,çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Aktyorun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən də söz açılacaq.
\r\n
\r\n Kiçik yaşlarından teatr sənətinə böyük həvəsi Hacıbaba Bağırovu 1947-ci ildə orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. Orada sənət korifeylərindən dərslər alan H.Bağırov 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
\r\n
\r\n 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunan sənətkarın burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obraz onun gülüş ustası kimi püxtələşməsində və populyarlaşmasında böyük rol oynamışdır. Onun teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub və bir-birindən dəyərli obrazlar qalereyası yaradıb.
\r\n
\r\n O, 1989-cu ildən 1996-cı ilədək özünün yaratdığı \"Tənqid-təbliğ\" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu və T.Vəliyevanın \"Bankir adaxlı\" tamaşasına görə \"Qızıl dərviş\" mükafatına layiq görülüb.
\r\n
\r\n Hacıbaba Bağırov 2006-cı il oktyabrın 6-da vəfat edib.
\r\n
\r\n
\r\n
\r\n ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...