AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Mirzə Fətəli Axundzadə - 200" adlı biblioqrafik göstərici çapdan çıxıb. Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər buraxan, realist dramaturgiyamızın və nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə nəşr olunmuş biblioqrafik göstərici 7 hissədən ibarətdir.
Birinci hissədə Mirzə Fətəli Axundzadənin kitabları, dövri mətbuatda və toplularda dərc olunmuş əsərləri, ikinci hissədə həyat və yaradıcılığına həsr olunmuş kitablar, məqalələr və Mirzə Fətəli Axundzadəyə həsr olunmuş şeirlərin adları öz əksini tapmışdır. Biblioqrafik göstəricinin üçüncü və dördüncü hissələrində ədibin rus dilində çap olunmuş kitablarının və onun haqqında yazılmış əsər, məqalə və şeirlərin adları verilmişdir. Beşinci hissədə böyük mütəfəkkirin digər dillərə tərcümə olunmuş əsərlərinin, altıncı hissədə isə dramaturqun həyat və yaradıcılığı haqqında müxtəlif xarici dillərdə nəşr olunan əsər və məqalələrin adları, yeddinci hissədə isə köməkçi göstəricilər verilib.
AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə filologiya üzrə fəlsəfə dopktoru Əmin Əfəndiyev və Zakirə Əliyeva tərəfindən tərtib edilmiş yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru Zaman Əsgərlidir.
Biblioqrafik göstərici M.F.Axundzadə irsini araşdıran tədqiqatçılar üçün qiymətli vəsaitdir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...