Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı Dilsuz Mustafayevin Azərbaycan Xalq nağılı "Əlincə qalası" əsasında qələmə aldığı eyniadlı pyesin premyerası nümayiş etdirildi.Birhissəli əfsanəvi nağıl - tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Yeni səhnə əsərində rəqslərin quruluşu əməkdar artist Sənan Hüseynliyə məxsusdur.
Tamaşada rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Gülər Nəbiyeva, Atabala Səfərov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Simuzər Ağakişiyeva, Rəzzaq Məmmədov, Qədirhüseyn İsmayılov, Rövşən Abbasov, Vüqar Məmmədəliyev, Aydın Dəmirov, Kərəm Hadızadə, Elşən Çarhanlı, Məhərrəm Musayev, Sərvər Əliyev, Xəyal Salahov, Eyvaz İbrahimov, Yusif Dadaşov, Sona Babayeva, Məsumə Babayeva, Müşfiq Əliyeva, Anar Seyfullayev, Vahid Orucoğlu, Bəxtiyar Kərimov, Ələsgər Qurbanəliyev, Hüsniyyə Əhmədova, Dilarə Fərəcullayeva, Eldar İmanov, Anar Səfiyev, İradə Rəşidova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Roza İbadova, Günay Zeynallı, Fidan Abbasova, Emin Sevdiməliyev, Səfa Mehdi, Araz Pirimov ifa ediblər.
Azərbaycan qadının ağlı və məntiqi ilə Vətəninin qoruması yolunda qəhrəmanlığından və qeyri-adi cəsarətindən bəhs edən "Əlincə qalası" tamaşası yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüyüb tərbiyə olunmasına həsr olunub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...