Noyabr ayı ərzində silsilə muğam konsert proqramlarının keçirilməsi nəzərdə tutulub
Kaliforniyada "Azərbaycan muğamı ayı"na start verilib. Ölkəmizin Los-Ancelesdəki baş Konsulluğundan verilən məlumata görə, noyabr ayı ərzində Azərbaycanın mahir xanəndələrinin, eləcə də, kamança, tar və nağara ustalarının iştirakı ilə Kaliforniyanın ən böyük şəhərlərində silsilə muğam konsert proqramlarının keçirilməsi nəzərdə tutulub.
"Kaliforniyada Azərbaycan Muğamı Ayı" noyabrın 1-də ABŞ-ın ən tanınmış universitetlərindən olan Los-Ancelesdəki UCLA universitetində keçiriləcək muğam konserti ilə başlayacaq. "Azərbaycanın kosmik muğamının 35 illik kosmik səfəri" adlanan konsert 1977-ci ildə NASA tərəfindən Azərbaycan muğamının da daxil olduğu eksklüziv Qızıl Valın kosmosa göndərilməsinin 35-ci ildönümünə həsr olunub. Eyni konsert proqramı noyabrın 2-də Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərində də keçiriləcək. Noyabrın 10-da isə Azərbaycan muğam ustalarının ifasında San-Fransisko şəhərində məşhur San-Fransisko Dünya Musiqi Festivalı çərçivəsində nəinki Kaliforniyada, bütün ABŞ-da ilk dəfə olaraq "Leyli və Məcnun" operası ifa ediləcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...