PDF Oxu

Mədəniyyət

  • 1 497

Xalqın tarixi keçmişini yaşadan kinofilmlər

Xalqın tarixi keçmişini yaşadan kinofilmlər

Xalqın tarixi keçmişini yaşadan və sabaha aparan incəsənətin ən maraqlı qolu kinodur. Təbii ki, burada rejissorun dünyaya və hadisələrə fəlsəfi baxışı, duyğu və düşüncəsi, eləcə də dünyagörüşü mühüm rol oynayır. Nizami Kino Mərkəzində keçirilən "Carçıfilm günləri" çərçivəsində kinosevərlərə İctimai televiziyanın istehsalı olan müxtəlif janr və süjet xəttli filmlər təqdim olunur. Artıq tamaşaçılar "Azarkeş", "Köç", "Yalnış da bir naxışdır", "Fosfor adam", "Balqabaq", "Gəl təzədən evlənək", "Qovğalı kəndinin əhvalatı", "Bizim jek", "Sovqat", "Papaq", "Əzizim Fellini" filmlərini izləyib. Tamaşaçılar 5 hissəli "Köhnə dəyirman" filminə baxıblar.

Nümayiş olunan filmlərin hər biri maraqla izlənilib. Bu isə o deməkdir ki, yaradıcı kollektivin zəhməti hədər getməyib, görülən işlər öz bəhrəsini verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio yayımları şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi 6 noyabr - "Televiziya və Radio işçilərinin peşə bayramı"na həsr olunub.

ZÜMRÜD

Digər xəbərlər