PDF Oxu

Mədəniyyət

  • 1 302

"Qədim Şərur" monoqrafiyasının təqdimat mərasimi keçirilib

"Qədim Şərur" monoqrafiyasının təqdimat mərasimi keçirilib

AMEA Naxçıvan Bölməsində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, t.e.d. Abbas Seyidov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Səfər Aşurov və Sabir Məmmədovun birgə hazırladıqları "Qədim Şərur" monoqrafiyasının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ərazisi qədim tarixə malik olan Şərur rayonunun tarixi, coğrafi mövqeyi, flora və faunası, habelə, qazıntılar zamanı aşkar olunan arxeoloji materiallarının geniş texnoloji və tipoloji təhlilinin əks olunduğu kitabın əhəmiyyətini qeyd etdi. Yeni nəşrdə son illərdə qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin müəlliflər tərəfindən elmi cəhətdən təhlil olunduğunu söyləyən akademik Şərur rayonunun qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi istiqamətində mühüm rol oynayan və üç dildə (Azərbaycan, rus, ingilis) nəşr olunan kitabda fotoşəkillər və qrafik təsvirlərin də yer aldığını nəzərə çatdırdı: "Monoqrafiya dəyərli mənbə olmaqla yanaşı, gələcək tədqiqatlar üçün də əhəmiyyətli elmi istiqamətdir".

Sonra "Qədim Şərur" monoqrafiyası Azərbaycan arxeologiya elminə mühüm töhfədir" mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, t.ü.f.d. Zeynəb Quliyevanın məruzəsi dinlənildi. Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacı Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, dosent Emin Şıxəliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya yzrə fəlsəfə doktoru Firudin Rzayev çıxış edərək, monoqrafiyanın elmi dəyərindən söz açdılar, Şərur ərazinin qədim tarixi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirilən yeni nəşrin Azərbaycan, o cümlədən, Naxçıvan tarixşünaslığına layiqli töhfə olduğunu söylədilər.

ZÜMRÜD

Digər xəbərlər