PDF Oxu

Mədəniyyət

  • 2 241

"İnformasiyalı cəmiyyət üçün yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasına doğru"

"İnformasiyalı cəmiyyət üçün yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasına doğru"

Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyinə həsr olunmuş "İnformasiyalı cəmiyyət üçün yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasına doğru" mövzusunda elmi konfrans keçirildi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti və Azərbaycan Milli Kitabxanasının kollektivi iştirak edirdi. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev müasir dövrdə ölkəmizdə kitabxanaşünas, kitabşünas və nəşriyyat redaktoru ixtisasları üzrə yüksək ixtisaslı ali təhsilli kadr hazırlayan yeganə fakültə kimi BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətindən danışdı. O, yubiley münasibətilə kitabxana ictimaiyyətini təbrik edərək, onlara yaradıcılıq uğurları arzuladı.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov fakültənin keçdiyi 50 illik tarixdən söz açdı.

Konfransda BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyi münasibətilə hazırlanmış elektron məlumat bazası da təqdim edildi.

ZÜMRÜD

Digər xəbərlər