Dekabrın 18-də Nizami Kino Mərkəzində "Nizami" sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş filmin rejissoru və baş operatoru Rafiq Quliyev, ssenari müəllifi Yusif Şeyxov, operatoru Ceyhun Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüser Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Həmin gün Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası Nizami Gəncəviyə həsr olunmuş qrafika əsərlərindən ibarət sərgi təşkil edəcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...