Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi "CNN" telekanalı ilə 2006-cı ildən etibarən əməkdaşlıq edir
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın nüfuzlu "CNN" telekanalı arasında əməkdaşlıq çərçivəsində telekanal tərəfindən Azərbaycanın qədim guşələrindən biri olan Şəki haqqında reportaj hazırlanıb.Reportajda qədim ipək yolunun üzərində yerləşən Şəkinin geniş turizm potensialı, zəngin tarix və mədəniyyət abidələri, əl sənətkarlığı nümunələri, təbii sərvətləri haqqında məlumat verilir və keçmiş dövrlərdən etibarən mühüm ticarət mərkəzlərindən biri olması bildirilir.Bununla yanaşı, televiziya materialında Şəkinin sovetlər dönənimdə bölgənin əsas ipək istehsalçılarından biri olduğu və hazırda da regionda ipək istehsalının müasir üsullarla davam etdirildiyi qeyd olunur.
Şəkidə yaşayan əhalinin timsalında qonaqpərvərliyin və xüsusi yumor hissinin olduğu vurğulanır.
Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi "CNN" telekanalı ilə 2006-cı ildən etibarən əməkdaşlıq edir və telekanalda Azərbaycanın turizm potensialına dair müxtəlif növ reklam çarxları yayımlanır, bir sıra silsilə verilişlər efirə verilir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...