PDF Oxu

Mədəniyyət

  • 1 316

Həvəskar rəssamların təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgi

Həvəskar rəssamların təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgi

Xətai Miniatür Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə həvəskar rəssamların təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgi açılıb.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərginin açılış mərasimində çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib, sərgidə işləri nümayiş olunan rəssamlara yaradıcılıq uğurları arzulayıb. Mərkəzin direktor müavini Polad Zeynalov sərgilənən əsərlərin peşəkarlıqdan xəbər verdiyini, təqdim olunan əl işlərinin hər birinin özünəməxsusluğu ilə seçildiyini deyib.

Mərkəzin incəsənət şöbəsinin müdiri Rafiq Quliyev mədəniyyətimizin təbliği istiqamətində belə maraqlı tədbirlərin mühüm yeri olduğunu qeyd edərək, sərginin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirib. Sonra sərgiyə qatılan rəssamlara Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin fəxri fərman və sertifikatlar təqdim olunub.

Sonda sərgiyə baxış keçirilib. 60 müəllifin 200-dən artıq əl işinin nümayiş olunduğu sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı, xalçaçılıq, nəqqaşlıq, bədii tikmə və digər tətbiqi sənət nümunələri yer alıb.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

ZÜMRÜD

Digər xəbərlər