PDF Oxu

Mədəniyyət

  • 1 276

Xalq Artisti Faiq Sücəddinovun yaradıcılığına həsr edilmiş müəllif konserti olacaqdır

Xalq Artisti Faiq Sücəddinovun yaradıcılığına həsr edilmiş müəllif konserti olacaqdır

Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış bəstəkar, Xalq Artisti, "Şöhrət" ordenli Faiq Sücəddinovun yaradıcılığına həsr edilmiş müəllif konserti olacaqdır.

ABİ-dən AzərTAc-a bildirmişlər ki, konsert proqramında Xalq Artisti Samir Cəfərov və Ülviyyə Tağıyevanın ifasında bəstəkarın fortepiano və kamera-vokal əsərləri səsləndiriləcəkdir.

Konsert ABİ-nin Üzeyir Hacıbəyli adına konsert salonunda keçiriləcəkdir.

AzərTAc

Digər xəbərlər