Qırğızıstan tamaşaçılarının böyük marağına səbəb olan Vahid Mustafayevin "Xoca" filmi Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi ilə qırğız dilinə tərcümə olunur. Qeyd edək ki, film tərcömə edildikdən sonra "Qırızfilm" kinostudiyasında dublyaj olunacaq.
Filmi qırğız dilinə tanınmış şair Mukan Asanaliyev tərcümə edir. Mukan Asanaliyev geniş Azərbaycan oxucusuna çoxdan tanışdır. Onun tərcüməsində qırğız oxucuları B.Vahabzadənin "Gülüstan", Mir Cəlalın "Seçilmiş əsərləri"nin üçcildliyini, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü", Adil Cəmilin "Epos Manas-Türk dastançılıq ənənələri" və başqa əsərlərlə tanışdırlar.
Film nümayişə tam hazır olduqdan sonra bu ekran əsərinin Bişkekdəki ən böyük kinoteatrlarda - "Oktyabr", "Rossiya" və "Ala Too"da eyni vaxtda təqdimatı keçiriləcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...