PDF Oxu

Mədəniyyət

  • 1 389

"Xocalı soyqırımı" adlı xüsusi buraxılış çap olunacaq

"Xocalı soyqırımı" adlı xüsusi buraxılış çap olunacaq

Türkiyənin Fırat Universitetinin "Orta Doğu Araşdırmaları" mərkəzində "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş azərbaycanlı və türkiyəli alimlərin bu faciə ilə bağlı elmi məqalələrindən ibarət xüsusi buraxılış nəşr olunacaq.

"Xocalı soyqırımı" adlı xüsusi buraxılışda çap olunacaq məqalələrdə hər iki ölkənin alimləri tərəfindən Xocalı faciəsinə hüquqi-siyasi, sosial-iqtisadi və psixoloji aspektlərdən elmi qiymət veriləcək.

Qeyd edək ki, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi elmi-tədqiqat işlərinə maraq göstərən gənc tədqiqatçıların potensial imkanlarını üzə çıxarmaq, gənclərdə elmi araşdırmalara və mükəmməl təhsilə həvəs oyatmaq, gənclərin xaricdəki universitetlərdə və elmi araşdırma mərkəzlərində tədqiqat aparmalarına kömək etmək məqsədilə təsis edilib.

ZÜMRÜD

Digər xəbərlər