Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, martın 17-də Novruz bayram ilə əlaqədar İstanbulda bayram şənliyi təşkil olunacaq. İstanbul Türkiyə Azərbaycan Dərnəyi Novruz bayramı ilə əlaqədar İstanbulda Türkan Saylan Kültür Mərkəzində konsert proqramı təşkil edəcək. Bayram konsertinə yerli və azərbaycanlı musiqiçilər dəvət olunub. Onların arasında Brilyant Dadaşova, Tina Guvenç, Metin Güngor, Aşıq İlkin Borçalı da var. Aktyorlar Beyza Qaraqoyunlu, Mesud Demir, Turan F.Həsənov, Aygün İsmayılova, Ezginur Şafak isə "Çanaqqala keçilməz" tamaşasından səhnələr oynayacaqlar. Həmçinin, tarzən Rza Hüseyni, qarmon çalan Rafiq Əskərzadə, Alp Akmaz (balaban), Tolqa Aras (klarnet), Vəlixan Səmədov (nağara) öz ifaları ilə bayram tədbirini şənləndirəcəklər. Gecədə Qafqaz Xalq Rəqsləri ulduzlarının da çıxışı nəzərdə tutulub.
Bütün Polşa onun haqqında danışır...