Dağıdıcı müxalifət sıravi gözləyirdi ki, Novxanıda "Milli Şura" elan olunacaq. Amma bu baş tutmadı, elə hər kəs də başını tutub qaçdı ordan. Öz lidelərini ağ yuyub qara sərən müxalifətçilər söyüş söyə-söyə qayıtdılar ev-eşiklərinə.
Mustafa Hacıbəyli kimilər də oldu ki, İsa və Rüstəmin xəynatinin acığını dövlətin əleyhinə şüarlar səsləndirməklə, əxlaqlarına uyğun sözlər deməklə çıxdılar. Amma nəticə də heç xoş olmadı.
Mayın 28-i axşam müxalifət "bəy"ləri yenidən yığışdılar ki, bu biabırçılığı aradan götürüb "Milli Şuar" elan eləsinlər. Elədilər, amma eləməsələr, gedib yerə girsəydilər, daha yaxşı olardı. Rüstəm İbrahimbəyov və Rəsul Quliyev skaypla toplantıya qoşulmuşdular. Ay "Milli Şura" kül sənin başına, gör kimlər və necə səni elan edirlər. "Utanmasan oynamağa nə var ki" məsələni dədələrimiz elə bizim müxalifət üçün yaradıblar. A binəvalar, skaypla da bu boyda nəfsi reallaşdırmaqmı olar!?
KXCP sədri Mirmahmud Mirəlioğlu da telefonla zəng edib deyib ki, bilirsiniz nə var, nə edirsiniz edin, amma bizim şərtlərimizi də mütləq yerinə yetirin. R. İbrahimbəyova, İ. Qəmbərə söz verənlər də qatılmayıblar toplantıya. Bir-birini ardınca haqlı iradlar başladı, elə müxalifətçilərin özləri başladılar liderlərini söyüb təhqir etməyə ki, belə şey olmaz.
Müsavatçı jurnalist Xalid Kazımlı da R.İbrahimbəyovu bir qəpiklik elədi. Dedi ki, İ.Qəmbərin "Avropaya inteqrasiya" cümləsi Rüstəmin xoşuna gəlməyib, ona görə razılaşmayıblar və nəticədə də "Milli Şura" elan olunmayıb. Jurnalist deyir ki, Rusiya istəmədi, ona görə də "Milli Şura" yaranmadı. O, bununla dolayısı ilə göstərmək istədi ki, Rüstəm Rusiyanın "suka"sıdır, dədələri nə desə, o da onu edir. Allah canını sağ eləsin, təsəvvür edin ki, "Milli Şura" elani-cahan olan anda qapını açıb Hafiz Hacıyevi salırsan içəri. Əlinə də nəsə pol taxtasından-zaddan bir şey verirsən. Dalını təsəvvür edin də.
Daha səs-səmir də yoxdur, guya kişilər gediblər indi də "mili şorba"nın tərkibini müəyyənləşdirməyə. Noxudundan tutmuş, kartof, soğana qədər ədviyyat axtarışına. Amma qaşıq deyəsən Rüstəmin əlində olacaq. Axırda da o qaşığı onun əlindən alıb Rusiya çırpacaq başına ki, mənə belə AGENT lazım deyil.
Zalım uşaqları "ideoloq"durlar da. "Milli şorba"nı bişirməmiş indi də deyirlər ki, iyunun əvvəlində mitinq keçirəcəyik, yenə də sürücülk məktəbində. Gedin, nə qədər maşınınız var sürün orda, o tərəfə-bu tərəfə şütüyün. Rolu da verin Nurəddin Məmmədlinin əlinə, sizi düz üzü dənizə aparacaq.
Allah-Taala bu millətə səbr də versin, bu boyda bəla verib millətimizə. Azərbaycanda Dərnəgülün 50 kvadratlıq ərazisindən başqa bir dənə ərazidə bilmirlər ki, "Milli Şura" nədir və ya müxalifət nə işlə məşğuldur, varmı-yoxmu!? A tövbə, əgər xəbərləri varsa.
Samir
Bütün Polşa onun haqqında danışır...