2012-ci ildən Türkiyənin TRT 1 kanalında yayımlanan "Zəngin qız, kasıb oğlan" serialının yaradıcı heyəti filmin növbəti hissələrini Azərbaycanda çəkmək niyyətindədir. Elə bu məqsədlə də onlar paytaxtımızın qonağıdırlar. Səfər həm də Azərbaycandakı həmkarlarla əlaqələri genişləndirmək və ortaq layihələr gerçəkləşdirmək məqsədi daşıyır. Yaradıcı heyət filmin Azərbaycanda da maraqla izlənildiyindən xəbərdardır. Odur ki, yaradıcı heyət əsas rolların ifaçıları Ufuk Özkan və Hüseyin Avni Danyalla imza günü də gerçəkləşdirdi.
Filmin qəhrəmanlarını Bakıya gətirən səbəb isə sevgi hekayəsi olacaq. Belə ki, serialın qəhrəmanlarından biri öz sevgisini məhz burada tapacaq. Ona görə də filmin yaradıcı heyətinə Azərbaycandan da aktyorlar cəlb olunacaq. Hazırda yaradıcı heyət məkan və aktyor seçimi ilə bağlı axtarışlarını davam etdirir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...