YUNESKO Baş Konfransının 36-cı sessiyasında qəbul olunmuş Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərara əsasən, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunda Məhsəti Gəncəvi yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli tədbirin önəmi ilə bağlı düşüncələrini bölüşdü, M.Gəncəvinin yaradıcılığının bəzi məqamlarına nəzər salıb.
İnstitutun əməkdaşları Xədicə Heydərova, Zamiq Təhməzov və digərləri şairənin həyat və yaradıcılığı ilə bağlı çıxış edərək böyük şairənin həyatı barədə məlumat verdilər, onunla bağlı əlyazma nüsxələrinin Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanan, XIII əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanından götürüldüyünü qeyd etdilər. İlk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçi olan M.Gəncəvinin 200-dən çox rübainin müəllifi olduğunu diqqətə çatdırıblar.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...