İyulun 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümün son tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə böyük dramaturqumuz Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında səhnələşdirilən "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə teatr mövsümü bağlanacaq.
Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.
Tamaşanın təlqin etdiyi fikrə görə, baş verən hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir ölkəsində, hər bir dövrdə baş verə bilər. Zəngin milli geyimlərimizlə, aktyorların koloritli oyunları ilə bizi XVIII əsrin sonlarına, XIX əsrin əvvəllərinə aparan tamaşa problematikası və ideya-bədii təqdimatı etibarilə təsirlidir.
Tamaşada xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova və başqaları iştirak edirlər.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...