İyulun 30-da Beynəlxalq Mətbuat Mərkəzində "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin reallaşdırdığı "Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Tədbirdə cari ilin may-iyul aylarını əhatə edən layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.
Sonra İctimai Birliyin nəşr etdirdiyi "Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: araşdırma, təklif və tövsiyələr" kitabçası təqdim edilmiş, "Mədəni irsimizə ictimai münasibət" adlı videoçarx nümayiş olunmuşdur.
Bütün Polşa onun haqqında danışır...