PDF Oxu

Mədəniyyət

  • 2 135

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı qastrol səfərinə hazırlaşır

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı qastrol səfərinə hazırlaşır

Sentyabrın 25-dən oktyabrın 3-nədək Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Moskvada qastrol səfərində olacaq. Bakı Rus Dram Teatrının mətbuat xidmətindən verilən məlumata görə, teatrın kollektivi Azərbaycanın xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi, Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" pyesi və Yonasa Vaytkusun quruluş verdiyi Nizaminin "Yeddi gözəl" tamaşası ilə çıxış edəcək.

Tamaşalar Rusiya Akademik Kiçik Teatrının səhnəsində nümayiş olunacaq. Qeyd edək ki, 2013-cü il 9, 10 may tarixlərində Rusiya Akademik Kiçik Teatrının kollektivi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir. Moskva qastrolundan sonra teatr Litvanın Vilnüs şəhərinə yola düşür. Teatrın kollektivi 1, 2 oktyabr tarixlərində Litva Rus Dram Teatrının səhnəsində bu iki tamaşanı nümayiş etdirəcəklər. Qeyd edək ki, bu teatrın rəhbəri Yonas Vaytkusdur.

Teatrın qastrolları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq.

ZÜMRÜD

Digər xəbərlər