Bu ilin oktyabrında Bakıda "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, mədəniyyət və turizm, xarici işlər nazirliklərinin iştirakı ilə V Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Festivalda 11 ölkə - Azərbaycan, Türkiyə, Əfqanıstan, Misir, İran, Hindistan, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkmənistan ifaçıları təmsil olunacaqlar. İran və Əfqanıstan bu yaradıcılıq müsabiqəsində ilk dəfə iştirak edəcək.
"Kainat" Gənclik Mərkəzindən bildirmişlər ki, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək tədbirə qatılacaq 16 yaşınadək ifaçıların çıxışlarını beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirəcək. Hazırda Azərbaycan üzrə son seçim turlarının hazırlıq işləri yekunlaşmaq üzrədir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təşkil olunacaq bu seçimlərdən sonra Azərbaycandan müsabiqəyə qatılacaq heyət müəyyənləşəcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...