PDF Oxu

Mədəniyyət

  • 1 478

Azərbaycan filmləri Braziliyada nümayiş olunub

Azərbaycan filmləri Braziliyada nümayiş olunub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinldən verilən məlumata istinadən, nazirliyin dəstəyi ilə ölkəmizin Braziliyadakı Səfirliyi və Braziliya Bankının Mədəniyyət Mərkəzi (Centro Cultural Baco do Brasil) bu ölkənin paytaxtı Brasilia şəhərində 6-11 avqust 2013-cü il tarixində, Rio de Janeyro şəhərində 14-19 avqust 2013-cü il tarixində, San Paolo şəhərində isə 4-8 sentyabr 2013-cü il tarixində Azərbaycan bədii filmlərinin nümayişini təşkil etmişdir.

Nümayiş olunan "40-cı qapı", "Sahə", "Buta", "Niyyət", "Girov", "İlahi məxluq" bədii filmləri Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən portuqal dilində subtitrləşdirilmiş, həmçinin tədbirlə bağlı C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən əldə olunmuş video və foto materiallar əsasında proqramlar, poster və bannerlər hazırlanmış, CCBB-nin mərkəzlərində yerləşdirilmişdir.

Hər üç şəhərdə Azərbaycanın tanınmış rejissoru Eldar Quliyevin Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən "Girov" bədii filminin nümayişindən sonra Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovla tamaşaçılar arasında görüşlər keçirilmiş, görüşlərdə Azərbaycanın tarixi, mədəniyyəti, kinosu, habelə müasir inkişafı, beynəlxalq və regional müstəvidə oynadığı rol, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan-Braziliya əlaqələri kimi mövzular müzakirə olunmuşdur. San Paolo şəhərində baş tutmuş tədbir zamanı səfirin tamaşaçılarla ünsiyyəti canlı şəkildə CCBB-nin Twitter səhifəsində yayımlanmışdır.

Tədbirlər zamanı "İRS-Herança" jurnalının portuqal dilindəki ilk nəşri, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr olunmuş "Azərbaycan Avrasiyanın ürəyində" adlı buklet və digər tarixi və mədəni materiallar iştirakçılara paylanmışdır.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər