PDF Oxu

Mədəniyyət

  • 5 203

Məhəbbət Kazımov dünyasını dəyişdi

Məhəbbət Kazımov dünyasını dəyişdi

Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Məhəbbət Kazımov 61 yaşında dünyasını dəyişdi. M.Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar qadın olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadlı olduğundan musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. O, Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olaraq, ilk muğam dərslərini Nəriman Əliyevdən alır. Sonradan Ağaxan Abdullayevin sinfində oxuyur.

1976-cı ildən professional səhnədə çıxış edən M.Kazımov "Dan Ulduzu" ansamblının solisti olur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və. digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Məhəbbət Kazımov "Laçın" instirumental ansambılının rəhbəri olmuşdur. 1990-cı ildə ailə həyatı quran müğənni üç övlad atası olub.

Məhəbbət Kazımov əsasən, Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən, rəğbət qazanan mahnılarından biri də "Laçınım" mahnısıdır. M.Kazımov müsahibələrini birində "Laçınım" mahnısının yaranma tarixi ilə bağlı bəzi məqamlardan danışıb: "Bu mahnı 1998-ci ildə yaranıb. Sözləri Osman Alovluya, musiqi və ifa isə özümə məxsusdur. Torpaqlarımız işğal olunanda düşündüm ki, belə bir mahnıya ehtiyac var. Bu mahnını yaratmaq ideyası mənim özümə məxsusdur və kimsə mənə bunu yaz deyə də müraciət etməyib. Osman Alovlunun şeirini oxuyanda sözlər mənə güclü təsir etdi və bu musiqini bəstələdim. Sonra heç bir xəbər vermədən bu musiqini araya-ərsəyə gətirdim. Osman Alovlu xəbər tutanda mənə öz təşəkkürünü bildirdi. Mahnı lentə alınandan düz bir həftə sonra bütün musiqi köşklərində satılmağa başladı. Həmçinin qısa müddət ərzində bütün bölgələrimizə yayıldı və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Hətta heç tanımadığım insanlar tərəfindən də təşəkkür zəngləri gəlməyə başladı".

M.Kazımov 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb. 27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra epilepsiyadan vəfat edib.

Allah rəhmət eləsin!

ZÜMRÜD

Digər xəbərlər