PDF Oxu

Mədəniyyət

  • 1 411

YUNESKO-nun Baş Qərargahında İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd ediləcək

YUNESKO-nun Baş Qərargahında İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd ediləcək

Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi YUNESKO-nun 2014-2015-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı proqramına daxil edilmişdir. Bu əlamətdar hadisənin qeyd edilməsi məqsədilə 19 may tarixində Fransa Respublikasının Paris şəhərində YUNESKO-nun Baş Qərargahında İlyas Əfəndiyevin həyat və yaradıcılığına dair fotosərgi, həmçinin konsert proqramı keçiriləcəkdir.

Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında özünəməxsus yer tutan İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr ediləcək tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcəkdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi isə nazirin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Baş nazirin müavini Elçin Əfəndiyev və YUNESKO-nun Baş direktoru İrina Bokovanın çıxışları nəzərdə tutulur.

İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunacaq tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilir.

ZÜMRÜD

Digər xəbərlər