PDF Oxu

Mədəniyyət

  • 1 371

Almaniyada milli mətbəx nümunələrimiz təbliğ edilib

Almaniyada milli mətbəx nümunələrimiz təbliğ edilib

Almaniyanın Münhen şəhərində Azərbaycanın turizm potensialının və milli mətbəx nümunələrinin təbliği məqsədilə tədbir həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin Almaniyadakı Turizm təmsilçisi olan "Aviareps Tourism" şirkəti tərəfindən təşkil olunub. Tədbirdə 25 nəfərdən ibarət Almaniyanın aparıcı turizm şirkətləri və media nümayəndələri iştirak edib.Tədbir çərçivəsində ölkəmizin turizm potensialına dair 20 dəqiqəlik təqdimat və həmçinin, ölkəmizin görməli yerlərinə dair kiçik sorğu keçirilmişdir. Daha sonra isə yerli aşbaz tərəfindən Azərbaycanın milli yeməkləri olan kükü, qutab, dolma, plov və şirniyyat nümunələri şəkərbura, paxlava hazırlanmış, tədbir iştirakçılarına təqdim olunub.

sia.az

Digər xəbərlər