PDF Oxu

Mədəniyyət

  • 1 361

“Talassemiyasız həyat naminə”

“Talassemiyasız həyat naminə”

Daim yeni tamaşalar, maraqlı səhnə əsərləri ilə yanaşı, sosial baxımdan vacib mövzulu layihələrə də imza atan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də maraqlı aksiyaya start verib. SİA-nın verdiyi məlumata görə, teatr Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi ilə birgə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2005-ci il fevralın 8-də imzalanmış "Talassemiyasız həyat naminə" layihəsinin 10 illik yubileyi münasibətilə eyniadlı xeyriyyə aksiyası keçirib.Mədəniyyət və Turizm, Səhiyyə və Təhsil nazirliklərinin də dəstək verdiyi tədbirdə bir sıra birliklər də təşkilatçı qurumlar qismində fəal iştirak ediblər.Aksiyanın təşkilində məqsəd irsi qan xəstəlikləri, onların profilaktikası və ümumilikdə cəmiyyətin bu problemə diqqət yönəltməsini təmin etməkdir.Tədbirdə "qan verin" adlı reklam çarxı göstərilib.Bildiriblər ki, hər 12 nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır. Buna görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində bu xəstəliklə mübarizə üçün "Talassemiyasız həyat naminə" layihəsi hazırlanıb və əsas məqsəd cəmiyyətdə talassemiyanın həllolunmaz problem olmadığını göstərmək, xəstələrə qayğı və diqqəti əsirgəməməkdir.Bu məsələni daim diqqətdə saxlayan Heydər Əliyev Fonduna təşəkkürümü bildirən Kukla Teatrının direktoru Rəşad Əhmədzadə vurğulayıb ki, teatrda belə tədbirlərin baş tutması artıq ənənəvi hal alıb.Tədbirdə çıxış edən digər natiqlər dövlətimiz tərəfində talassemiyalı xəstələrə göstərilən diqqət və qayğıdan danışaraq bildiriblər ki, hər bir təşkilat könüllü şəkildə belə xəstələrin müalicəsinə qoşulmaq üçün öz səylərini səfərbər etməlidir.Xeyriyyə aksiyasında talassemiyalı uşaqların və əməkdar artist Səlim Abbasovun və müğənni Nicat Məhərrəmovun ifasında mahnılar səsləndirilib. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının balaca istedadlarının ifasında "Şah və onun xudpəsənd oğlu" tamaşası nümayiş olunub.Qeyd edək ki, tədbirin sonunda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara xatirə hədiyyələri təqdim edilib.

sia.az

Digər xəbərlər