PDF Oxu

Mədəniyyət

  • 1 508

“Bölgələrdən paytaxta”

“Bölgələrdən paytaxta”

Son illər ərzində Azərbaycanda mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı"nın icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzlərinin istifadəyə verilməsi, tarixi abidələrin bərpası müstəqil dövlətimizdə mədəniyyətin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın milli folklor, sənətkarlıq və diyarşünaslığın qorunması, xalq yaradıcılığının təşviqi işinə əlavə təkan verib.Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirlərin təşkili nəzərdə tutulub.Tədbirlər çərçivəsində regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının konsertinin təşkili, bölgələrin adət-ənənələri, tətbiqi sənəti, mətbəx nümunələri, sosial-iqtisadi inkişafı və turizm potensialını əks etdirən sərgilərin nümayişi keçiriləcək.Bildiririk ki, Bakı şəhərində mütəmadi olaraq keçiriləcək "Bölgələrdən paytaxta" adlı tədbir ardıcıllıqla Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarına həsr olunacaq.Məlumat üçün bildiririk ki, Masallıya həsr olunacaq ilk tədbir cari ilin 10 fevral tarixində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.

sia.az

Digər xəbərlər