PDF Oxu

Mədəniyyət

  • 1 673

IV Beynəlxalq Muğam Simpoziumu

IV Beynəlxalq Muğam Simpoziumu

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı və Elmi Simpoziumu ərəfəsində konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, konfransda Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdırıb: "Bu il ənənəvi olaraq, IV Beynəlxalq Muğam Festivalına hazırlıq gedir. Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən bu möhtəşəm tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas-alimlərinin diqqət mərkəzindədir və hər dəfə öz dairəsini genişləndirir. Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən Muğam festivalının çərçivəsində müxtəlif səciyyəli konsertlərlə yanaşı, Beynəlxalq Elmi Simpozium da xüsusi əhəmiyyətə malikdir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilib. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı çərçivəsində Simpoziumun keçirilməsinə xüsusi diqqətlə yanaşılır. Festival ərəfəsində Simpoziuma hazırlıq məqsədilə konfransların keçirilməsi də ənənəvi hal alıb".

Simpoziumun ümumi mövzusu və müzakirə edilən problemlər belədir: "Muğam/maqam və müasir musiqi yaradıcılığı" -

1. Ənənə və novatorluq:

a) Muğam sənəti: ənənə və yeni yozumlar;

b) Muğam müasir bəstəkarların yaradıcılığında;

c) Muğam dəstgahların notlaşdırılması problemi;

ç) Müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemi.

Qeyd edək ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda, Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan respublikanın görkəmli musiqişünas-alimləri və eləcə də gənc alimlər konfransa öz məruzələrini təqdim edərək, simpoziuma hazırlıq ərəfəsində muğamın aktual problemlərinin müzakirəsinə toplaşıblar.

sia.az

Digər xəbərlər