Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, xalq şairi Vaqif Səmədoğlunun iki cilddən ibarət "Dramaturgiya" kitabı çap olunub. SİA-nın verdiyi məlumata görə, yazıçı-dramaturqun 75 illik yubileyinə hədiyyə olunan bu son kitabın nəşri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Şərq-Qərb" Nəşriyyat Evi tərəfindən reallaşdırılıb.Qeyd edək ki, "Dramaturgiya" kitabının birinci cildində "Bəxt üzüyü", "Köhnə yəhudi mahnısı", "Qalib", "Yayda qartopu oyunu", ikinci cildində isə "Generalın son əmri", "İntihar", "Yaşıl eynəkli adam – 1", "Yumurta" və digər əsərlər daxildir.
sia.az
Bütün Polşa onun haqqında danışır...