PDF Oxu

Mədəniyyət

  • 1 158

“Bakı sübhdən günbatanadək”

“Bakı sübhdən günbatanadək”

Nizami Kino Mərkəzində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində hazırlanmış "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filminin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimində Polşadan olan layihənin müəllifləri və prodüserləri də iştirak ediblər.Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov layihə barədə məlumat verərək diqqətə çatdırıb ki, "Dünya sübhdən günbatanadək" Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlib.Bildirilib ki, keçən il avqustun 21-dən sentyabrın 7-dək Bakıda layihənin master klasları keçirilib. 25 gənc rejissorun qatıldığı bu ustad dərslərində iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib. Tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Layihə çərçivəsində 18 qısa film çəkilib. Bu filmlər gənc rejissorların şəhər həyatından bir situasiya seçib, saatlarla çəkiliş apardığı materialdan müəllimlərin nəzarəti altında yaratdıqları 3-4 dəqiqəlik süjetdən ibarətdir. Bunun nəticəsində şəhərin canlı təsviri kimi 50 dəqiqəlik sənədli film meydana gəlib.Bakıya yenidən qayıtmağın onun üçün xoş olduğunu söyləyən beynəlxalq layihənin müəlliflərindən olan, polşalı kino xadimi Maçyej Driqas bildirib ki, film 3 həftəlik master klassın nəticəsidir. Bu ustad dərslərində gənclərə dünyaya bir yaradıcı insan kimi baxmaq vərdişləri öyrədilib. Polşalı mütəxəssis qeyd edib ki, bu gənc rejissorlar Azərbaycan kinematoqrafiyasının gələcəyidir.O, layihədə əməyi olan hər kəsə minnətdarlığını bildirib."Azanfilm" kinostudiyasının direktoru, layihənin Azərbaycan üzrə əlaqələndiricisi Fariz Əhmədov bildirib ki, layihə hər şəhərdə "Polşa Sənədli Film Məktəbi"nin filmlərinin təqdimatı, maarifləndirici kino seminarları, filmlərin ekranlaşdırılması və istehsal olunan filmin "Dünya sübhdən günbatanadək" layihəsi ilə dünyanın müxtəlif bölgələrində, kinofestivallarda və televiziyalarda təqdim edilməsindən ibarət olan dörd mərhələdə yerinə yetirilir.Diqqətə çatdırıb ki, layihə bu günə qədər 12 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio (2011), Tbilisi, Yerevan, Kişineu, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) reallaşdırılıb.Sonra layihədə iştirak edən gənc rejissorlar səhnəyə dəvət olunublar.Daha sonra "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi təqdim edilib.Qeyd edək ki, layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

sia.az

Digər xəbərlər