Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin nümayişi keçirilib. SİA-nın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Ali Neft Məktəbinin tələbələri və müxtəlif məktəblərin yeniyetmələri Qarabağ müharibəsi haqqında çəkilmiş rejissor Vahid Mustafaevin "Xoca" və Elxan Cəfərovun "Dolu" filmlərinin nümayişində iştirak ediblər.Bu aksiya Nizami Kino Mərkəzinin, Xocalı Faciəsində günahsız həlak olan soydaşlarımıza ehtiramıdır.Qeyd edək ki, Kinomərkəzdə nümayişdə olan digər filmlər həmin gün dayandırılıb. Seanslara giriş pulsuzdur.
sia.az
Bütün Polşa onun haqqında danışır...