Gənclər və İdman Nazirliyi "Gənclərin İntellektual İnkişaf Mərkəzi" ilə birgə Bakıda "Caspian cup" (Xəzər kuboku) turniri keçirəcək.Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, turnirdə 9 ölkədən 52 komanda iştirak edəcək. Azərbaycanlı intellektuallarla yanaşı yarışda, Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Ukrayna, Belarus, Almaniya və Gürcüstandan olan oyunçular da mübarizə aparacaq.Turnirin proqramına "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" oyunlarından başqa "Xəmsə" milli intellektual oyunu da daxildir. "Caspian Cup 2013" turniri "Nə? Harada? Nə zaman?" Beynəlxalq Klublar Assosiasiyası tərəfindən ilin turniri seçilib.Turnirin açılış mərasimi martın 14-də -da "Kempinski-Badamdar" mehmanxanasında keçiriləcək.
sia.az
Bütün Polşa onun haqqında danışır...