Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün Novruz Bayramı münasibətilə cari ilin 17-20 və 21-24 mart tarixlərində maarifləndirici turlar təşkil olunur. SİA-nın verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının 8 rayonunun orta məktəblərində təhsil alan şagirdlər üçün turlar müəyyən olunmuş qrafik üzrə 4 istiqamətdə (Gəncə-Göygöl-Şəmkir, İsmayıllı Qəbələ-Şəki, Quba-Qusar-Xaçmaz və Lənkəran-Masallı-Lerik) həyata keçirilir. Eyni zamanda adları qeyd olunan bölgələrinin orta məktəblərində təhsil alan şagirdlər üçün Naxçıvan Muxtar Respublikasına ekskursiya turları təşkil olunur.Ekskursiya turları hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə aparılır. Turlar zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti və təbiəti, həmçinin turizm potensialı ilə yerində əyani tanış olmaq imkanı əldə edəcəklər.Qeyd edək ki, ümumilikdə, "Ölkəmizi tanıyaq" ekskursiya turlarının üçüncü mərhələsində Respublikamızın 38 şəhər və rayonlarından 720 nəfər şagird iştirak edəcək.
sia.az
Bütün Polşa onun haqqında danışır...