PDF Oxu

Mədəniyyət

  • 1 525

ADU-da bayram tədbiri keçirilib

ADU-da bayram tədbiri keçirilib

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) həyətində ADU Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılğı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. DU-dan SİA-ya verilən xəbərə görə, tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, universitetin müəllim və tələbə heyəti iştirak edib.Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov və Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxış edərək xoş sözlərini bildirdilər, Novruz bayramı münasibətilə tələbələri təbrik ediblər.Tədbirdə Novruz bayramında həyata keçirilən adət-ənənələr, bayram falları haqqında ətraflı məlumat verildikdən sonra bayram tonqalı yandırılıb.Daha sonra tələbələrin iştirakı ilə Novruz bayramının atributlarının təsviri, adət-ənənələri özündə əks etdirən səhnəciklər nümayiş olunub, nəğmələr oxunub, rəqslər göstərilib.

sia.az

Digər xəbərlər