PDF Oxu

Mədəniyyət

  • 1 429

Bakıda II “Bakı Novruz Salsa Festivalı” keçiriləcək

Bakıda II “Bakı Novruz Salsa Festivalı” keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi tərəfindən 20-22 mart tarixlərində Bakıda ikinci "Bakı Novruz Salsa Festivalı" keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirin ustalıq dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub. Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrin dünya şöhrətli müəllimləri dəvət olunub. Eyni zamanda tədbirdə adıçəkilən ölkələrin müəllimləri ilə yanaşı, rəqqasları da iştirak edəcək.Qeyd edək ki, "Bakı Novruz Salsa Festivalı" ilk dəfə 2014-cü ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

sia.az

Digər xəbərlər