Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı münasibətilə təşkil olunan silsilə tədbirlərdə iştirak etmək məqsədilə Gürcüstana səfər ediblər. SİA-nın verdiyi məlumata görə, Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestri Kutaisi şəhərində Azərbaycan klassik və xalq musiqisindən ibarət konsert proqramı ilə çıxış edib. 19 mart tarixində Marneuli şəhərində, 20 mart tarixində isə Tbilisi şəhərində məktəb kollektivi milli musiqi nümunələrimizi təqdim edəcək.Bu, Xırdalan şəhər Uşaq Musiqi Məktəbi kollektivinin Gürcüstana ilk səfəri deyildir. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən məktəbin müəllim və şagirdləri 2014-cü ilin dekabr ayında Tbilisi və Marneuli şəhərlərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlərdə uğurla iştirak etmişlər.Gürcüstandakı Azərbaycan Mədəniyyəti Mərkəzi bu tədbirlərin Azərbaycan mədəniyyətinin təbliğində, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişaf etdirilməsində, iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin yaradılmasında, gənclərdə milli musiqimizə maraq oyadılmasında böyük əhəmiyyətini qeyd etdib.
sia.az
Bütün Polşa onun haqqında danışır...