"Nizami" Kino Mərkəzində "Ağır illər...xoş xatirələr" sənədli filminin təqdimatı olub.
Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında "Studio-19" kino şirkəti ilə müştərək çəkilib.
Filmin nümayişindən əvvəl Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, filmin ssenari müəllifi və rejissoru, xalq artisti Oqtay Mirqasımov çıxış ediblər. O.Mirqasımov sənədli film üzərində aparılan işdən söhbət açıb.
Film sovet repressiyaları dövründə Qazaxıstana sürgün edilmiş azərbaycanlılardan, o illərdə qazaxlarla və digər millətlərin nümayəndələri ilə birlikdə çətin sınaqlardan keçmiş, lakin inamını və insani dəyərlərini itirməmiş, qurub-yaratmış, taxıl becərmiş, uşaqlarını böyütmüş insanların ağır taleyindən bəhs edir. Filmdə arxiv sənədlərindən, şahidlərin xatirələrindən istifadə olunub.
Təqdimatda Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldı Jumabayev iştirak edib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...