Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə aprelin 15-də qurumun mənzil-iqamətgahında UNESCO-nun 70 illiyinə və türk dünyasının eposu "Kitabi-Dədə Qorqud"un ilk çap versiyasının 200 illiyinə həsr olunan "Qorqud irsi və türk dünyası" mövzusunda tədbir keçiriləcək.
Tanınmış ictimai-siyasi xadimlərin, UNESCO rəsmlərinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanı təmsil edən alim və qorqudşünasların ilk yazılı əsər hesab edilən "Kitabi-Dədə Qorqud" dastanı, onun əsas məziyyətləri və nəşr tarixi barədə elmi məruzələri dinləniləcək.
Sonda Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.
yap.org.az
Bütün Polşa onun haqqında danışır...