PDF Oxu

Mədəniyyət

  • 1 429

"Bölgələrdən paytaxta" layihəsi davam edir

"Bölgələrdən paytaxta" layihəsi davam edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Bu layihə çərçivəsində Gədəbəyə həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil olunacaq. Qeyd edək ki, "Bölgələrdən paytaxta" adlı yeni layihə çərçivəsində ilk tədbir Masallı incəsənət ustalarının konserti fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında həyata keçirilib. 2015-ci il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

ZÜMRÜD

Digər xəbərlər