"Coffee planet" şirkətinin sponsor dəstəyi ilə keçirilən art-layihə I Avropa Oyunlarına həsr edilib
19 iyun saat 19.00-da Azərbaycanın Muzey Mərkəzinin Sərgi Qalereyasında "Kofe rəngi" adlı sərgi açılacaq. "Coffee planet" şirkətinin sponsor dəstəyi ilə keçirilən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bu böyük art-layihəsi bu günlərdə paytaxtımızda keçirilən I Avropa Oyunlarına həsr edilib və 30 iyun tarixinədək davam edəcək.
Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir. İncəsənət Qalereyasının ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilmişdir. Vernisajda, həmçinin yaradıcılığı artıq tamaşaçılara muzey mərkəzinin ötən art layihələrində fəal iştirakı ilə yaxşı tanış olan Bakı dizayneri Nadya Tazıyevanın geyim nümayişi təşkil olunacaqdır.
Sərgi çərçivəsində qəhvə maşınlarının yeni modelləri nümayiş olunacaqdır. Vernisajda hazır məhsulun dequstasiyası ilə təbii qəhvənin müxtəlif növlərinin təqdimatı keçiriləcək. Beləliklə, qəhvəyə həsr olunmuş sərgi bu günlərdə muzey mərkəzində nümayiş olunan digər ekspozisiya ilə vəhdət təşkil edir.
Digər ekspozisiya dedikdə isə məşhur şokolatye Nikolya tərəfindən tamaşaçıların əldə etməsi üçün hazırlanmış ləziz suvenirlər Səyyar Şokolad Muzeyi sərgisidir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...