Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, yaradıcı heyət Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin "Hekayəti-Xırs-Quldurbasan" tamaşası ilə 2015-ci il iyul ayının 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.
Teatr mövsümünün ilk günlərində I Şəki Beynəlxalq Teatr Festivalı, Belarus Respublikasının Brest şəhərində keçirilmiş XIX "Belaya Veja" ("Ağ qala") Rusiyanın Perm şəhərində I Beynəlxalq Martin MakDonax Festivallarında uğurlu iştirakı, Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş rejissor laboratoriyası, III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində bir sıra xarici teatrların rəhbərləri ilə keçirilmiş görüş, əməkdar artist Nofəl Vəliyev Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrının dəvətilə sözügedən teatrda hazırladığı "Gec qalanlar", baş rejissorumuz, əməkdar incəsənət xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında səhnələşdirdiyi yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın", Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Boris Manciyevin görkəmli Azərbaycan yazıçı - dramaturqu Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povesti əsasında hazırladığı eyniadlı tamaşalar, 2 Fevral Gənclər Günü münasibətilə teatrın istedadlı və gənc aktrisası Səbinə Məmmədovanın "2014-cü ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı", Azərbaycan Milli Peşəkar Teatrın 142-ci ildönümü münasibətilə teatrın aktyoru, əməkdar artist Şövqi Hüseynovun "Debüt" nominasiyası üzrə "Zirvə" mükafatı, teatrın istedadlı aktyoru Məhərrəm Musayevin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Fəxri mədəniyyət işçisi" döş nişanı və teatrın daha bir qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilməsi, teatrın iki gənc və istedadlı aktyoru - Günel Məmmədova və Eşqin Quliyevin Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-nin Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində uğurlu iştirakı, 4 uşaq, 5 böyük olmaqla ümumilikdə 9 yeni səhnə əsərinin tamaşaçılara təqdim olunması artıq özlüyündə teatrın əldə etdiyi nailiyyətlərdən xəbər verir. Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün builki - 87-ci teatr mövsümünə 2014-cü il iyulun 6-da Ağstafa rayonunda yekun vuracaq.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...