Elmin İnkişafı Fondunun mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.
Konfransın 2 iş günü Bakı şəhərində, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.
NƏZAKƏT
Bütün Polşa onun haqqında danışır...