Əməkdaşlığın nəticəsi kimi Misir Mədəniyyət Mərkəzi ərəb dilində beş min adda kitabın elektron versiyasını Əlyazmalar İnstitutuna hədiyyə edib. Həmin kitablar islam tarixinə və ərəb ədəbiyyatına dair əsərlər, eləcə də ayrı-ayrı ensiklopediyalar və poeziya toplularıdır.
Təqdim olunan nəşrlər arasında ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın ingilis dilində yazdığı əsərlərinin ərəb dilinə tərcümələri, eləcə də Avropa ədəbiyyatından bir sıra digər tərcümələr də var.
Hazırda Əlyazmalar İnstitutunda həmin kitabların elektron bazasının yaradılması prosesi həyata keçirilir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...