Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.
Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb. Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...